Dünya

17 yaşlı qıza təcavüz etmək istəyən şəxsi döydülər, sonra polisə təhvil verdilə

8 Yanvar 2023 19:33
Baxış: 1 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda 17 yaşlı qıza təcavüz etdiyi iddia edilən şübhəli ətrafdakılar tərəfindən döyülüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, küçənin ortasında linç edilən kişinin "bir daha etmərəm" deməsinə baxmayaraq onu ölücüm hala salıblar.

Həmin şəxsin döyüldüyü anlar ərazidəki təhlükəsizlik kamerasına əks olunub.

İddiaya görə, İstanbulda baş verən hadisədə 48 yaşlı Fatih A.Y., 17 yaşlı H.A.T.-ni, 7 yaşlı qardaşı və anasını təqib etməyə başlayıb. Şübhəli şəxs onlara yaxınlaşaraq 17 yaşlı H.A.T-yə küçənin ortasında əxlaqsız hərəkətlər etməyə cəhd edib.

H.A.T.-nin qışqırtısı üzərinə yoldan keçən avtomobil və motosiklet sürücüsü şübhəlini tutub. Ətrafdakıların da iştirakı ilə tutulan A.Y.-nı yerə yıxaraq döyüblər. A.Y təpik və yumruq zərbələrindən xəsarət alıb. Şübhəli döyüldükdən sonra polislərə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.