Dünya

Türkiyədə hakim partiyadan olan deputatı öldürmək istəyən şəxslər tutulub

4 Yanvar 2023 15:59
Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) olan millət vəkili İbrahim Halil Yıldıza qarşı sui-qəsd hazırlayan iki nəfər tutulub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, həmin şəxslər PKK\YPG terror qruplaşmasının üzvləridir.

Lakin onların adları açıqlanmayıb.

Saxlanılan şəxslər deputatı öldürməyi planlaşdırdıqlarını etiraf ediblər.

Türkiyə Böyük Millət Məclisində Şanlıurfanı təmsil edən İ.H.Yıldız bundan əvvəl də həyatına sui-qəsd cəhdlərinin olduğunu bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.