Dünya

Qələbəmizdən sonra hərəkətə keçəcəyik - Ukrayna

4 Yanvar 2023 08:59
Baxış: 1 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna rus əsgərlərini məğlub etdikdən sonra müqaviləli orduya keçməli və eyni zamanda hər kəsə müvafiq bilik və bacarıqlara yiyələnmək imkanı yaratmalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Ukrayna Baş naziri Denis Şmıqal çıxış edib.

"Biz artıq NATO-nun strateji planlaşdırma, təhsil, şəxsi heyət və bölmələrin hazırlanması, müharibə aparmaq prinsiplərindən istifadə edirik. Bunun sayəsində biz nəinki düşməni çəkindiririk, həm də onun ələ keçirdiyi əraziləri azad edirik. Qələbəmizdən sonra hərəkətə keçməliyik. Güclü müqaviləli ordu yaratmaq və eyni zamanda hər kəsə düşmənin yenidən hücuma keçəcəyi təqdirdə ölkənin müdafiəsinə kömək edəcək bilik və bacarıqlar əldə etmək imkanı verməliyik", - Şmıqal vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.