Dünya

Təbrizdə “omikron”un alt ştamı tapıldı

3 Yanvar 2023 18:11
Baxış: 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təbrizdə koronavirusun "omikron" ştamının alt ştamı müşahidə edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Təbriz Tibb Elmləri Universitetinin Sağlamlıq idarəsinin direktoru Hüseyn Həqqayi deyib.

O bildirib ki, İranın Şərqi Azərbaycan əyalətində aparılan koronavirus testlərinə əsasən, əyalətdə BQ1 və XBB adları olan yeni "omikron" alt ştamının bir neçə halı müşahidə olunub.

Onun sözlərinə görə, yoluxmuş insanlar karantindədirlər, lakin çinlilərin Şərqi Azərbaycana gediş-gəlişi səbəbindən koronovirus xəstəliyinin yeni ştamına yoluxma ehtimalı daha yüksəkdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.