Dünya

Atəşfəşanlıq çoxmərtəbəli binada yanğınla nəticələnib

2 Yanvar 2023 08:02
Baxış: 1 049
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni il gecəsi Novosibirskdə çoxmərtəbəli binanın iki eyvanı həyətdə atılan fişənglər səbəbindən yanıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Novosibirsk vilayəti üzrə baş idarəsindən bildirilib.

"Ölçüsü 4x1,2 metr olan 2 eyvan yanıb. Mənzillərə ziyan dəyməyib", - Nazirlikdən vurğulanıb.

30 dəqiqədən sonra yanğın lokallaşdırılıb, iki dəqiqə sonra isə açıq alov söndürülüb.

Yanğının söndürülməsinə 26 nəfər canlı qüvvə və 8 texnika cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.