Dünya

Ruslar üçün bezdirici Yeni il - Mixalkovun “Şeytanqovan”ı və Petrosyanın uğursuz faşist zarafatları...

2 Yanvar 2023 07:00
Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni il bayramının xüsusi təmtəraqla qeyd olunduğu ölkələrdən biri də Rusiya olub. Lakin bu il bayram rusiyalılar üçün əvvəlkilərdən daha sönük, hətta məyusedici havada keçib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,ilin elə ilk günündə "Rossiya 24" dövlət televiziya kanalı gün ərzində yanvarın 1-də səhər saatlarından etubarən Nikita Mixalkovun rejissorluğu ilə "Şeytanqovan" müəllif proqramını göstərib. Niyə məhz bu proqramın Yeni il layihəsi kimi seçildiyi açıqlanmır.

"Rossiya 1" telekanalında isə ənənəvi "Mavi işıq"verilişi zəngli saatdan sonra Şaman adlı müğənninin "Mən rusam" mahnısı ilə açılıb. Oleq Qazmanov qondarma "DXR" və "LXR"dən gələn müğənnilərlə birlikdə "SSRİ-də istehsal olundum" mahnısının yenilənmiş versiyasını ifa edib."Rossiya 1"də Yeni il tamaşasının fəxri qonaqları Ukrayna ilə müharibədən gəlmiş hərbçilər olub.

Kreml yönümlü teleaparıcılar Vladimir Solovyov, Olqa Skabeeva, Dmitri Kiselyov təbriklərini çatdırıb, Aktyor Yevgeni Petrosyan isə həmin verişidə uğursuz zarafatı ilə "yadda qalıb". Özünə komediya aktyoru deyən bu adamın "ukraynalılarda istilik çatışmır" deməsi ciddi irada səbəb olub. Sosial şəbəkə istifadəçiləri Rusiya avsiasiyasının zərbələri ilə elektrik və istilik infrastrukturunun dağılması nəticəsində ukraynalıların soyuq qış aylarında donma təhlükəsi ilə üzləşməsinə görə erməni əsilli komediyaçıya sərt təpki göstəriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.