Dünya

Rusiyanın ən zəngin sahibkarları bu il 93 milyard dollar itiriblər

30 Dekabr 2022 21:12
Baxış: 852
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın ən zəngin sahibkarları 2022-ci ilin əvvəlindən Ukraynadakı vəziyyətə görə ümumilikdə 93 milyard dollar itiriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, fevralda ən varlı ruslar birlikdə 46,6 milyard dollar itiriblər. Qərb ölkələrinin sanksiyalarından sonra onların sərvəti daha 47 milyard dollar azalıb.

"Bloomberg"in "Milyarderlər indeksi"nə görə, "Evraz" dağ-mədən-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviç 9,3 milyard dollar, təbii qaz istehsalçısı "Novatek"in səhmdarı Gennadi Timçenko 8,48 milyard dollar, "Severstal"ın əsas səhmdarı Aleksey Mordaşov isə 7 milyard dollar itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.