Dünya

Gürcüstan dərmanların qiymətini necə ucuzlaşdırdı?

28 Dekabr 2022 07:52
Baxış: 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təkcə Türkiyə bazarını açmaqla biz dərmanların qiymətlərini 60-80% aşağı salmışıq, bununla da vətəndaşlar 200 milyon laridən çox qənaət etmiş oldu.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili 2022-ci il hesabatını təqdim edərkən deyib.

Hökumət başçısının sözlərinə görə, yeni ildən dərmanlara istinad qiymətləri müəyyən etməklə qiymətlərdə yenidən ucuzlaşma müşahidə olunacaq.

Qaribaşvili qeyd edib ki, əsas məsələ dərman vasitələrinin keyfiyyətinə daimi nəzarət aparılmasıdır. Bu məqsədlə 2022-ci ilin sonunadək yaxşı istehsal təcrübəsi və yaxşı distribütorluq təcrübəsi standartına keçid başa çatdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.