Dünya

Belarus MN: Hərbçilərimiz...

25 Dekabr 2022 23:03
Baxış: 1 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İsgəndər" raket komplekslərinin və "S-400" zenit-raket komplekslərinin istismarını təmin edən Belarus hərbçiləri Rusiya və Belarus silahlı qüvvələrinin birgə döyüş hazırlığı mərkəzlərində tam təlim kursu keçiblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Belarus Müdafiə Nazirliyinin İdeoloji işlər üzrə Baş idarəsinin rəisi Leonid Kasinski STV telekanalına müsahibəsində deyib.

"Bu silah növləri bu gün döyüş növbətçiliyindədir və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazırdır", - Kasinski bildirib.

O, həmçinin əlavə edib ki, xüsusi aviasiya sursatlarının daşınması üçün nəzərdə tutulan təyyarələrin və uçuş heyətinin hazırlığı davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.