Dünya

Körpəsini elan saytı vasitəsi ilə başqasına verdi

23 Dekabr 2022 20:26
Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada, Kazan sakini yeni doğulmuş oğlunu internetdəki elan vasitəsilə başqa ailəyə verib.

Milli.Az bildirir ki, bu barədə "Mash İptash" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, 2020-ci ildə Privoljsk Məhkəməsinin 20 yaşlı katibi maddi çətinliklərlə üzləşib və bu, onu oğlu üçün yeni valideynləri axtarmağa vadar edib. Elanı görən iki Pyatiqorsk sakini uşağı götürmək üçün Kazana uçublar. Razılaşma şəhər qeydiyyat idarəsində baş verib, burada atalıq sənədlərini saxtalaşdıraraq kişilər körpəni götürüblər və onunla birlikdə Stavropol diyarına qayıdıblar.

Uşağı aparan şəxs qanunsuz sövdələşməni etiraf edərək polisə müraciət edib. Uşağın anası məhkəməni gözləyir, uşaq, nənəsinin himayəsinə verilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.