Dünya

Zelenski savaşın ildönümünə hazırlaşır: 10 bəndlik plan...

23 Dekabr 2022 13:54
Baxış: 756
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna lideri Vladimir Zelenskinin ətrafı Ukraynada on bəndlik sülh planını yekunlaşdırır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" Avropa və Ukrayna diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Zelenski komandası hazırda plan üzərində işləyir və öz ideyalarını fevralın 24-də və ya o ərəfədə - Rusiya işğalının birinci ildönümündə təqdim etmək niyyətindədir.

Qeyd edək ki, bundan öncə Zelenski sülhün formulunun on bənddən - nüvə təhlükəsizliyindən tutmuş Ukraynanın ərazi bütövlüyünün bərpasına, enerji təhlükəsizliyinə, Rusiya ərazisində saxlanılan bütün hərbi əsirlərin və deportasiya edilmiş şəxslərin geri qaytarılmasına qədər - ibarət olduğunu açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.