Dünya

Mağaza sahibi pendirin qiymətini 26 qəpik bahalaşdırdı: MÜHAKİMƏ OLUNDU

20 Dekabr 2022 09:37
Baxış: 1 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belarusda qiymət artımına qoyulmuş moratoriumun pozulması səbəbindən ilk hökm çıxarılıb.

Milli.Az-ın lent.az-a istnadla xəbərinə görə, müttəhimlər kürsüsündə Moqilovdan olan 46 yaşlı mağaza sahibi olub. Yerli kənd icraiyyə komitəsindən olan qiymət monitorinqi üzrə işçi qrupunun nümayəndəsi müəyyən edib ki, qiymət artımına moratorium tətbiq edildikdən sonra onun mağazasında suluquni pendirinin qiyməti 26 qəpik (0,184191 manat) artıb.

İttiham tərəfi təqsirləndirilən şəxsə pərakəndə satış qiymətlərinin formalaşmasında vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsində nəzərdə tutulmuş ən az cəzanın verilməsini istəyib. İş adamı bir il sınaq olmaq şərtilə iki il müddətinə azadlıqdan məhrum edilib. Əgər bu müddət ərzində kişi qanunu pozmasa, hökm icra olunmayacaq.

Bundan əvvəl məlum olub ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun fərmanının pozulmasına görə qiymət artımına yol verən sahibkarlara qarşı onlarla cinayət işi başlanıb. Təhlükəsizlik qüvvələri və məmurlar təkcə pərakəndə satış şəbəkələrində deyil, həm də marketlərdəki malların satış qiymətini və maya dəyərini yoxlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.