Dünya

BƏƏ-nin ilk qadın simfonik orkestri onlayn konsertini verəcək

20 Dekabr 2022 17:09
Baxış: 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ilk qadın simfonik orkestri "Firdaus" yaradılıb və kollektiv ilk dəfə canlı yayımda onlayn konsert verəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, orkestrin bədii rəhbəri hind bəstəkarı və "Slumdog Millionaire" filminin ən yaxşı orijinal partiturasına görə "Oskar" mükafatı laureatı Alla Rakha Rahman olub. Orkestrin dirijoru Monika Vudmandır.

Kollektivə 20-dən çox ölkədən 50 qadın daxildir. Dekabrın 22-də "Firdaus" orkestrinin onlayn konserti baş tutacaq. Musiqiçilər şərq, ispan, filippin və digər xalqlara məxsus kompozisiyaları ifa edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.