Dünya

İranda nümayişlərdə ölənlərin sayı 496-ya çatıb

18 Dekabr 2022 15:51
Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda etirazlarda 496 nəfər həlak olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 68-nin yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 452 nəfər həbs olunub. Onlardan 3 928 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 649 nəfər tələbədir. Nümayişlərə 144 universitetin öyrənciləri qoşulub.

Məlumata görə, ölkənin 161 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 62 nümayəndəsi öldürülüb.

Qeyd edək ki, İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.