Dünya

Polis toy günü intihar etdi

15 Dekabr 2022 22:32
Baxış: 1 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva yaxınlığındakı Ramenskoyedə gəlin metroda Daxili İşlər İdarəsinin inspektorunun meyitini aşkarlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, kişi sevgilisinə zəng edərək evə toy üzükləri üçün gələcəyini söyləyib və sonra zənglərinə cavab verməyib.

Ertəsi gün asayiş keşikçisinin toyu olacaqdı. Qız onun yanına gedib və mənzildə ölmüş vəziyyətdə tapıb.

İlkin versiyaya görə, polis intihar edib. Hadisənin baş vermə şəraiti və onu intihara sövq edən səbəblərin müəyyən edilməsi üçün araşdırma başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.