Dünya

4 nəfəri güllələdi, meyitlərini parçaladı

11 Dekabr 2022 15:10
Baxış: 1 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-də 67 yaşlı yerli sakin 4 kişini güllələyərək öldürüb, sonra isə onların cəsədlərini parçalayıb və qalıqlarını çaya atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "True Crime Daily" məlumat yayıb.

Hadisə 2022-ci ilin oktyabrında Oklahoma ştatında baş verib. Belə ki, hüquq-mühafizə orqanlarına itkin düşən dörd nəfərin qohumları müraciət ediblər.

Üç gün sonra polis həmin şəxslərin meyitinin hissələrini çayda tapıb. Müəyyən edilib ki, dostlar yerli sakinin zibilxanasından əşyalar oğurlayıblar.

Buna görə qəzəblənən şəxs onları güllələyib. Bundan sonra meyitləri hissələrə parçalayıb və qalıqlarını çaya atıb. Qatil həbs edilib, onun evindən ölən şəxslərin əşyaları aşkar edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.