Dünya

İranda terror qruplaşmasının üzvləri həbs edilib

10 Dekabr 2022 08:50
Baxış: 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda Ceyşül-ədl terror qruplaşmasının üzvləri həbs edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xorasan Rəzəvi əyaləti üzrə İmam Rza briqadası məlumat yayıb. Məlumatda bildirilir ki, qruplaşma üzvləri bu əyalətdə bir neçə terror hadisəsi törədib. Onların niyyəti Iran Ali Lideri Ayətullah Xameneinin Məşhəd şəhərindəki nümayəndəsi və əyalət başçısına qarşı da terror aktı hazırlamaq olub.

Həbs olunan şəxslər barədə əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.