Rusiyalı silah qaçaqmalçısı amerikalı idmançı ilə dəyişdirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın məşhur silah qaçaqmalçısı Viktor But ABŞ baskebolçusu Brittni Qraynerlə dəyişdirilib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi bildirib.
Məlumata görə, onların mübadiləsi Biləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi hava limanında reallaşıb.
Rusiya vətəndaşı artıq ölkəsinə dönüb.
Viktor Anatolyeviç But 1967-ci il yanvarın 13-də Tacikistanın Düşənbə şəhərində anadan olub. 2012-ci ildə ABŞ-da qanunsuz silah ticarəti və terroru dəstəkləməkdə ittiham edilərək 25 il müddətinə azadlıqdan məhrum olunan rusiyalı iş adamıdır. Məhkəmə Butu bir neçə maddə, o cümlədən ABŞ hakimiyyətinin terror təşkilatı hesab etdiyi Kolumbiyanın "İnqilabçı Silahlı Qüvvələrinə - Xalq Ordusuna" (FARC) silah satmaqda təqsirli bilib. 2008-ci il martın 6-dan həbsdə olan But günahını etiraf etməyib.
Qərb mediası Butu "silah baronu" və "ölüm taciri" adlandırır. Rusiyanın bəzi KİV-i bildirib ki, ABŞ-ın kəşfiyyat orqanları onu dünyanın ən böyük silah qaçaqmalçısı hesab edir.
Brittney Yvette Griner 1990-cı il oktyabrın 18-də ABŞ-ın Texas ştatının, Hyuston şəhərində anadan olub. O, Rusiyanın "UMMC Yekaterinburq" klubunda oynamış amerikalı peşəkar basketbolçudur.
2012-ci ildə o, Baylor Beers ilə Milli Kollec Atletika Assosiasiyasının (NCAA) çempionluğunu qazanaraq bu basketbol turnirinin ən görkəmli oyunçusu olub. 2014-cü ildə "Phoenix Mercury" komandası ilə qadınlar arasında NBA çempionu olub. Qadın kollec basketbolunda üç əsas mükafatın ikiqat qalibi olub.
ABŞ komandası ilə 2014-cü ildə Türkiyədə keçirilən Dünya Çempionatının, 2016-cı ildə Rio Janeryoda keçirilən Olimpiya Oyunlarının, 2018-ci ildə İspaniyada keçirilən Dünya Çempionatının və 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarının qalibi olub.
2022-ci ilin fevralında o, Şeremetyevo hava limanında baqajında həşiş yağı tapılması ilə bağlı saxlanılıb. O, Rusiya məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
XƏBƏR LENTİ
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)





