Dünya

Bu dəfə daxili işlər naziri ölkə Prezidenti seçildi

7 Dekabr 2022 23:00
Baxış: 1 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçrənin daxili işlər naziri Alen Berse 2023-cü ildə ölkənin Prezidenti vəzifəsini icra edəcək.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, parlament tərəfindən 2023-cü ildə 12 ay müddətinə İsveçrənin Federal Prezidenti vəzifəsinə seçilib.

Berse 2018-ci ildə də eyni vəzifədə olub. İsveçrədə prezidentlərin xüsusi əhəmiyyəti yoxdur, onlar hər il 12 ay müddətinə rotasiya prinsipi əsasında hazırkı nazirlər arasından seçilir. Prezident öz nazirliyinin rəhbəri kimi vəzifələrini yerinə yetirməkdə davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.