Dünya

“Xüsusi hərbi əməliyyat əhəmiyyətli nəticələr verib” - Putin

7 Dekabr 2022 22:06
Baxış: 1 278
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukraynada aparılan xüsusi hərbi əməliyyat uzun prosesdir, lakin o, əhəmiyyətli nəticələr verib".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının (İHŞ) üzvləri ilə görüşü zamanı deyib.

"Xüsusi hərbi əməliyyatın nəticələrini uzun müddətdən sonra görə biləcəyik. Yeni ərazilər yaranıb. Bu, Rusiya üçün əhəmiyyətli nəticədir",-deyə Putin bildirib.

Prezident Rusiyada insanların müharibə ilə bağlı referendumda iştirakından bəhs edib:

"Referendumun nəticələri göstərdi ki, insanlar Rusiyada olmaq istəyirlər və özlərini bu məkanın bir hissəsi hesab edirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.