Dünya

Maşın sürdüyü vaxt kapotun üzərində ilan gördü - VİDEO

7 Dekabr 2022 18:44
Baxış: 1 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hərəkətdə olan avtomobilinin kapotunun altından sürünərək çıxan ilan sürücüyə qorxulu anlar yaşadıb. Hadisənin görüntüləri maşının qeydiyyat kamerasının yaddaşına köçüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, videoda ilanın hava axınları səbəbindən kapotun üzərinə sürünərək yan-bu yana yelləndiyi görünür.

Avstraliyalı qadının sözlərinə görə, ilk fürsətdə maşını saxlayıb. Ancaq ilan kapotun altına geri sürünüb. Onu ancaq səhəri gün tapmaq mümkün olub.

Video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.