Dünya

Orban: “Macarıstan Aİ-nin Ukraynaya yardım planına qarşı çıxacaq”

2 Dekabr 2022 21:45
Baxış: 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Macarıstan Avropa İttifaqının (Aİ) 2023-cü ildə Ukraynaya 18 milyard avroluq yardım paketi təqdim etmək planına qarşı çıxmağa davam edəcək".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Hökumət başçısı Ukraynanın köməyə ehtiyacı olduğunu etiraf edib, lakin bu paketi maliyyələşdirmək üçün Aİ-nin birgə borclanma planını əngəlləyəcəyini vurğulayıb.

"Məsələ Ukraynaya necə kömək etməkdədir. Təkliflərdən birində deyilir ki, biz birgə yeni kreditlər götürmək və bu pulu Ukraynaya vermək üçün Aİ-yə üzv dövlətlərin büdcəsindən istifadə etməliyik. Biz bunun tərəfdarı deyilik, çünki Aİ-nin əməkdaşlıq edən üzv dövlətlər əvəzinə, borclu dövlətlər ittifaqına çevrilməsini istəmirik", - o söyləyib.

Macarıstanın Baş naziri təklif edib ki, Aİ-yə üzv olan 27 ölkənin hər biri ikitərəfli sazişlər vasitəsilə Ukraynaya öz büdcəsindən yardım göstərsin.

"Biz başqa planı qəbul etməyəcəyik, onunla razılaşmayacağıq, bizsiz isə o, reallaşmayacaq", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.