Dünya

Türkiyənin iki hərbçisi şəhid olub

26 Noyabr 2022 08:44
Baxış: 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri İraqın şimalında davam edən "Pənçə-Qılınc" antiterror əməliyyatı zonasında terrorçuların hücumuna məruz qalıb, ikisi şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, terorrçular Türkiyə hərbçilərinə silahlı hücum edib. Nəticədə bir hərbçi şəhid olub, üçü yaralanıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Lakin, edilən tibbi müdaxilələrə baxmayaraq hərbçilərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Digər iki hərbçinin müalicəsi davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.