Dünya

Gözəllik salonuna gedən qadın porno saytda videosunu gördü - FOTO

22 Noyabr 2022 02:44
Baxış: 4 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Uhan şəhər sakini gözlənilmədən tanımadığı bir bərbərdə etdiyi saç düzümü prosesini əks etdirən videonun fetişistlər üçün porno saytında aşkar edib.

Milli.Az bildirir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Çjen adlı çinli qadın bərbərin reklamı ilə maraqlanıb. Bərbər kişi müştərilərə saçlarını qısaltmağa razılaşdıqları təqdirdə min yarım yuana (210 dollar) qədər pul ödəyəcəyini vəd edib. Çjen təklifə cavab verib və göstərilən ünvana gəlib. Məlum olub ki, bərbər kiçik bir mənzildə işləyir, burada ondan başqa özünü onun həyat yoldaşı kimi təqdim edən bir qadın olub.

Kişi Çjeni təlimat videosu üçün kəsmə prosesini çəkməyə icazə verməyə inandırıb. "Sonra o, taburetdə oturarkən arxamı güzgüyə tutub yerdə oturmamı istədi. Mən nə baş verdiyini ümumiyyətlə görmədim", - qadın deyib. Çjen əlavə edib ki, o, prosedur zamanı narahatlıq keçirib və videonun başqa məqsədlər üçün çəkdiyinindən şübhələnib.

Evə qayıdan Çjen, bərbərin onun razılığı olmadan başının arxasını tamamilə qırxdığını görüb. Sonra o, şəbəkədə saç kəsdirmədən sonra fetiş saytlarında müxtəlif qadınların iştirakı ilə videolar tapanlardan çoxlu şikayətlər görüb. Bərbərlər müştərilərin başlarına cinsi orqanlarını yaxınlaşdıraraq və saçlarını qırxdıraraq videoya çəkib internetdə yayımlayıblar.

Çjen hadisə barədə polisə məlumat verib. O, özü də bərbərlə danışmağa çalışsa da, kişi, qapını onun üzünə açmayıb. "İndi onlarla polis məşğul olacaq. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm və ümid edirəm ki, ədalət zəfər çalacaq", - çinli qadın deyib.

İrfan Vəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.