Dünya

Nikol Paşinyan İkinci Qarabağ müharibəsi ilə bağlı istintaqda dindirilib

18 Noyabr 2022 15:25
Baxış: 1 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın baş naziri Nikol Paşinyan İstintaq Komitəsində şahid qismində dindirilib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə komitədən bildirilib.

Məlumata görə, 2022-ci il mayın 4-də Ermənistanın bir qrup yüksək rütbəli məmurunun 44 günlük İkinci Qarabağ müharibəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başlayıb.

Proses İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin Xüsusilə mühüm işlərin araşdırılması şöbəsində davam etdilir.

İdarənin rəhbəri Rafael Vardanyanın sözlərinə görə, həlak olan hərbçilərin yaxınları N.Paşinyanın dindirilməsini və istintaqa cəlb olunmasını tələb ediblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.