Dünya

İstanbuldakı terrorla bağlı 17 şübhəlinin həbsi tələb edilib

18 Noyabr 2022 08:37
Baxış: 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prokurorluğu İstanbul şəhərindəki Taksim meydanında baş verən terror aktı ilə bağlı 17 şübhəlinin dindirilməsini başa çatdırıb və onların həbsini tələb edib.

Milli.Az "report"a istinadən bildirir ki, məlumatı "TRT Haber" yayıb.

Qeyd olunub ki, həbs edilməsi istənilən şəxslər arasında terror aktını törədən Ahlam Albashır da var.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Terror aktını törətməkdə şübhəli bilinən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib. Türkiyənin daxili işlər naziri Süleyman Soylu terror aktı ilə bağlı ABŞ-ın başsağlığını qəbul etmədiklərini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.