Dünya

İqlim riskləri ilə mübarizə üçün beynəlxalq fond yaradılır

14 Noyabr 2022 22:47
Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Böyük Yeddilik" (G7) ölkələri iqlim riskləri ilə mübarizə üçün beynəlxalq fondun yaradılması barədə razılığa gəlib.

Milli.Az "report"a istinadən bildirir ki, Fransanın xarici işlər, iqtisadiyyat və maliyyə nazirlikləri məlumat yayıb.

Fondun yaradılması ideyası iqlim dəyişikliyinin təsirlərinə həssas olan 20 ölkə ilə müzakirə edilib. Onların fikrincə, təşəbbüs dövlətlərin əhalinin maddi təminatını yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Fond sosial müdafiə və sığorta həllərinin işlənib hazırlanmasına və həyata keçirilməsinə dəstək vermək, həssas ölkələrdə iqtisadi və sosial inkişafı təşviq etmək məqsədi daşıyır.

Kanada, Danimarka, Almaniya, İrlandiya və ABŞ da fondda iştirak qərarını açıqlayıb. Onların ianələri 210 milyon avro təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.