Dünya

Almaniya səfiri İran XİN-ə çağırıldı

14 Noyabr 2022 21:50
Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın İrandakı səfiri Hans Edo Motsel Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, görüşdə XİN-in Qərbi Avropa üzrə baş direktoru Almaniya kanslerinin məsuliyyətsiz bəyanatlarını pisləyib.

Bildirib ki, Almaniya İranın daxili işləri ilə bağlı destruktiv yanaşmalar sərgiləyir:

"Bu cür qeyri-konstruktiv bəyanatların və hərəkətlərin davam etdirilməsi iki ölkə arasında münasibətlərin inkişafına mənfi təsir edir. Bu təsirlərə görə Almaniya tərəfi məsuliyyət daşıyır".

İranın rəsmi etiraz notası Almaniya səfirinə çatdırılıb. Almaniya səfiri isə cavabında bildirib ki, mesajı ən qısa vaxta öz hökumətinə çatdıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.