Dünya

Ukraynanın işğal altında olan daha bir şəhərində Rusiya bayrağı yığışdırıldı

13 Noyabr 2022 14:58
Baxış: 1 243
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynanın işğal altındakı Melitopol şəhərində mərkəzi meydandan Rusiya bayrağı yığışdırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Xatırladaq ki, daha öncə Rusiya bayraqları Xerson şəhərinin inzibati binaları və meydanlarından yığışdırılmağa başlayıb. Bölgədəki qondarma hakimiyyət bunun Rusiyanı şəhəri tərk etməsi ilə əlaqəli olmadığını vurğulasa da, Moskva noyabrın 9-da Xerson şəhərindən çıxacağını elan edib. Noyabrın 11-də isə Ukrayna Ordusu şəhərə daxil olub. Şəhər martın 3-dən Rusiya qüvvələrinin işğalı altında idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.