Dünya

Bəşəriyyət nə vaxt tənəzzül edəcək? - PROQNOZ

12 Noyabr 2022 18:22
Baxış: 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Supercomputer World One" bəşəriyyətin nə vaxt dağılacağı haqda proqnoz verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 2040-2050-ci illərdə yer kürəsində insanların nəslinin kəsiləcəyini iddia edib.

Belə ki, bunu sivilizasiyanın inkişafı nümunələrini modelləşdirmək üçün hazırlanmış maşının hesabladığı bildirilib.

Məlumatda bunun başlıca günahkarının insanların olduğu qeyd edilib:

"Getdikcə ətrafın həddindən artıq çirklənməsi, qlobal istiləşmələrin artması hamıya məlumdur. Təəssüf ki, insanlar bunu ciddiyə almır. Hər nə qədər elektrikli avtomobillərə keçirilsə də, doğum nisbətinə ciddi nəzarət edilsə belə, vəziyyət dəyişməyəcək".

Qeyd edək ki, süni intellektlə çalışan bu superkomputer 2020-ci il üçün də belə bir proqnoz vermişdi. Maşının hesablamalarına görə, planet iki il əvvəl "son dərəcə kritik" vəziyyətdə olmalı idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.