Dünya

İrlandiya Ukraynanın Aİ-yə erkən daxil olmasının tərəfdarıdır

9 Noyabr 2022 21:27
Baxış: 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrlandiya Ukraynanın Avropa İttifaqına erkən daxil olmasını dəstəkləyir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "RBC-Ukraina" İrlandiyanın xarici işlər naziri Saymon Koveninin bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, genişlənmədən Ukraynadan başqa digər ölkələr də faydalanmalıdır.

"Söhbət Moldova və Gürcüstandan gedir. Namizəd ölkələrin cavab verməli olduğu məcburi standartlar olmalıdır", - nazir əlavə edib.

Bundan əvvəl Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli qeyd edib ki, Ukraynaya Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün hazırlıq prosesini başa çatdırmağa bir-iki ildən çox vaxt lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.