Dünya

Zelenski: “Ukraynada 4,5 milyondan çox insan işıqsız qalıb”

7 Noyabr 2022 07:14
Baxış: 928
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Ukraynada 4,5 milyondan çox insan işıqsız qalıb".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski xalqa videomüraciətində deyib.

"Bu gün axşam saatlarında Kiyevdə və 6 regionda stabilləşdirici elektrik enerjisinin kəsilməsi davam edir. 4,5 milyondan çox istehlakçı işıqsız qalıb. Bu, həqiqətən də çətindir", - o deyib.

Onun sözlərinə görə, həftə ərzində enerji sektorunda vəziyyətin mümkün variantları ilə bağlı rəsmi şəxslər, enerji şirkətləri və regional administrasiyaların nümayəndələri ilə bir sıra xüsusi görüşlər keçirilib:

"Biz hər bir ssenarini ətraflı nəzərdən keçiririk və cavab tədbirləri hazırlayırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.