Dünya

Yunan kəşfiyyatı nazirləri gizlicə dinləyirmiş...

6 Noyabr 2022 23:03
Baxış: 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanın baş naziri Kiriakos Miçotakis ölkənin kəşfiyyat orqanlarından potensial siyasi rəqiblər, nazirlər, jurnalistlər və iş adamları da daxil olmaqla onlarla insanları qanunsuz dinləmək üçün istifadə edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Dokumento" məlumat yayıb.

Qeyd olunub, "Miçotakis siyahısı"nda milli təhlükəsizlik bəhanəsi ilə dinlənilən 33 nəfərin adı var.

Keçmiş baş nazir Antonis Samaras, Nazirlər Kabinetinin hazırkı üzvləri və bir çox başqa siyasətçilər, jurnalistlər və nüfuzlu şəxsiyyətlər üçün müşahidə aparıldığı qeyd edilir.

"Heç kim inanmayacaq ki, bəzi şəxslər dövlətin təhlükəsizliyi ilə bağlı bütün anlayışları pozaraq, keçmiş baş naziri, hökumət nazirlərini və mülki müdafiə nazirini dinləmək qərarına gəliblər"- məqalədə vurğulanıb.

Nəşrin müəllifləri dinləmələrin "Predator" zərərli proqramı vasitəsilə aparıldığını da bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.