Dünya

Çinin nəzarətdən çıxan raketi Yerə düşdü

5 Noyabr 2022 16:34
Baxış: 1 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Long March 5B" raketi Sakit Okeanın orta cənub bölgəsindən atmosferə girərək Yerə düşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ Kosmik Komandanlığının "Twitter"də verdiyi açıqlamada qeyd edilir.

Çin bununla bağlı açıqlama verməyib. ABŞ-nin bəyanatına görə, atmosferə daxil olma vaxtı 13:01 olaraq qeyd edilib.

Son modulu Çinin "Tianqonq" Kosmik Stansiyasına daşımaq üçün oktyabrın 31-də buraxılan 20 tonluq raketin Yerə qayıtması narahatlıq yaradıb.

Nəzarətdən çıxan "Long March 5B" adlı raket daşıyıcısı Yer ətrafında saatda 28 min kilometr sürətlə fırlanaraq dünyaya girişini tamamlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.