Dünya

Zelenski qələbədən sonra ilk olaraq nə edəcəyini açıqladı

3 Noyabr 2022 18:44
Baxış: 1 460
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Rusiyaya qarşı müharibədə qələbəsindən sonra azad edilmiş Krıma dənizə getmək istədiyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Zelenski Çexiya televiziyasına müsahibəsində bildirib.

"Krıma gedəcəyəm. Mən dənizi görməyi çox istəyirəm", - deyə Ukrayna lideri jurnalistin bu barədə sualını cavablandırıb.

"Bu, qışda olmayacaq. Qışda dənizdə nə etmək olar? Mən ora hava isti olanda gedəcəm", - deyə o əlavə edib.

Zelenski həmçinin gələn yay qalibiyyət gözləyib-gözləmədiyi barədə sualı da cavablandırıb. O qeyd edib ki, bunu çox istəyir.

"Qələbə bizim olacaq", - deyə Ukrayna Prezidenti əminliyini vurğulayıb.

Xatırladaq ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov gələn ilin əvvəlində Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş Krıma hücumunu proqnozlaşdırmışdı.

Bundan əlavə Zelenski qeyd edib ki, Ukrayna Krımı qaytardığı zaman Rusiyanın təcavüz potensialı məhv ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.