Dünya

Almaniya 1 milyondan çox ukraynalını qeydiyyata aldı

2 Noyabr 2022 23:25
Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Ukraynadan olan 1 milyondan çox qaçqını qeydiyyata alıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu mətbuat konfransında Almaniya kansleri Olaf Şolts bildirib.

Almaniya kanslerinin sözlərinə görə, belə hal Almaniyanın üzləşdiyi böyük problemlərlə bağlıdır.

Kansler bildirib ki,  Almaniya hakimiyyəti bu il Ukraynadan olan qaçqınlara dəstək üçün əlavə 1,5 milyard avro səfərbər edəcək. Gələn il dövlət Almaniyaya gələn ukraynalılar üçün daha 1,5 milyard avro, digər ölkələrdən gələn qaçqınlar üçün isə 1,25 milyard avro ayıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.