Dünya

Ərdoğan Zelenski ilə danışıb

2 Noyabr 2022 23:05
Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti "Twitter" hesabında məlumat paylaşıb.

O paylaşımında taxıl müqaviləsinin qorunub saxlanmasında fəal iştirakına, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə türkiyəli həmkarına təşəkkür edib.

"Ukraynalı əsirlərin və siyasi məhbusların qaytarılması üçün gələcək addımları müzakirə etdik. Mən də bu məsələdə Türkiyənin dəstəyinə ümid edirəm", - deyə Zelenski bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.