İranın istehsal etdiyi pilotsuz uçuş aparatlarının Tacikistanda komplektləşdirilməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Tacikistan ölkələrə hərbi təchizat ixrac etmir və Tacikistan bununla bağlı Ukraynadan rəsmi nota almayıb", - deyə bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrin Ukrayna seqmentində İran PUA-larının Tacikistanda yığıldığı iddia edilmişdi.
Milli.Az