İran PUA-ları Tacikistanda yığılır?

30 Oktyabr 2022 22:31

İranın istehsal etdiyi pilotsuz uçuş aparatlarının Tacikistanda komplektləşdirilməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Tacikistan ölkələrə hərbi təchizat ixrac etmir və Tacikistan bununla bağlı Ukraynadan rəsmi nota almayıb", - deyə bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrin Ukrayna seqmentində İran PUA-larının Tacikistanda yığıldığı iddia edilmişdi.

Milli.Az