Dünya

Ukraynadan taxıl daşıyan 95 gəmi təftiş üçün gözləyir

30 Oktyabr 2022 21:18
Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya faktiki olaraq taxıl daşınmasında iştitak edən 218 gəminin hərəkətini bloklayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, gəmilərin 95-i yüklənib və Ukrayna limanlarını tərk edib. Lakin İstanbuldakı Vahid Koordinasiya Mərkəzi gəmilərin təhlükəsiz koridorla hərəkətinə və yoxlanılmasına icazə verməyib. 95 gəmi yüklənib və Ukrayna limanlarından çıxıb. Onlar təyinat nöqtəsinə getmək üçün təftiş olunmaqlarını gözləyirlər. 101 gəmi Ukrayna sularına giriş, yüklənmiş 22 gəmi isə Ukrayna limanlarından çıxış üçün icazə gözləyir. Ümumilikdə 218 gəmi yerləşdiyi koordinatda faktiki olaraq bloklanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.