Dünya

Qız çoxdan gözlənilən tətilə çıxıb və bir fincan kofedən ölüb

30 Oktyabr 2022 00:31
Baxış: 1 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrlandiyalı turist Yaponiyada tətildə olarkən qəhvəyə güclü allergik reaksiya verdiyi üçün dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə Britaniyanın "The Daily Mail" tabloidi yazıb.

Nəşrin məlumatına görə, insident 20 yaşlı səyahətçi Ayka Doheni ilə Tokioda çoxdan gözlənilən tətil zamanı baş verib. Qız yapon qohumlarını ziyarət etməyə gedib, orada soya südü ilə bir fincan qəhvə içib. Bundan sonra onun şiddətli allergiyası başlayıb.

Turistə anafilaktik şokun qarşısını almaq üçün dərhal adrenalin vurulub və təcili yardım çağırılıb. Həkimlər qızı reanimasiya şöbəsinə yerləşdiriblər.

Qeyd olunub ki, yapon həkimləri əcnəbi qızın vəziyyətini stabilləşdirə bildiyi üçün xüsusi təyyarənin köməyi ilə onu vətəninə çatdırmaq qərarına gəliblər. Lakin İrlandiyaya gələn kimi qızın vəziyyəti yenidən pisləşib və o, dünyasını dəyişib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.