Dünya

Çavuş mübahisə etdiyi həyat yoldaşını GÜLLƏLƏDİ - FOTO

29 Oktyabr 2022 08:33
Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Ərzurum şəhərində dəhşətli hadisə baş verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, 32 yaşlı mütəxəssis çavuş Mehmet H. evdə mübahisə etdiyihəyat yoldaşı Gülcan H.-nin ayağından və qarnından tapança ilə atəş açıb.

Gülcan H. xəstəxananın reanimasiya şöbəsinə aparılarkən, təslim olan çavuş tutularaq həbsxanaya göndərilib. Mehmet H.-nin polis bölməsində dindirilməsi zamanı hadisənin necə baş verdiyini bildirib.

"Təhqir dolu cümlələr işlətdi. Həyat yoldaşımı ayaqlarına xəsarət yetirmək məqsədi ilə vurdum. Məqsədim öldürmək deyildi",-deyə Mehmet H. bildirib.

Dəhşətli hadisə iki gün öncə saat 21.00 radələrində Ərzurumun Aşkale rayonunda baş verib.

Əri tərəfindən ayağından və mədəsindən güllə yarası alan və bir müəssisədə mühafizəçi işlədiyi təsbit edilən Gülcan H. Aşkale Dövlət Xəstəxanasında edilən ilk müdaxilənin ardından Ərzurum Atatürk Universiteti Araşdırma Xəstəxanasına aparılıb. Burada edilən əməliyyatla bədənindən 4 güllə çıxarılan Gülcan H. reanimasiya şöbəsində müalicə olunub. Müalicəsi davam edən Gülcan H.-nin həyati təhlükədən xilas olduğu öyrənilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.