Dünya

“Mən həbs olunmayacaq qədər gözələm” deyib polislərin üzünə tüpürmüşdü - FOTO

29 Oktyabr 2022 08:13
Baxış: 1 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Las-Veqas şəhərində yaşayan 28 yaşlı Hend Bustami adlı qadın mübahisə zəminində anasını öldürməkdə şübhəli bilinərək həbs edilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, qətldə şübhəli bilinərək saxlanılan Bustami aylar əvvəl başqa bir hadisəyə də qarışıb.

İyun ayından Hend Bustaminin Las Veqas hava limanında insident törətməsi və polislə mübahisə zamanı "Mən həbs oluna bilməyəcək qədər gözələm" deməsi məlum olub. Çox gözəl olduğu üçün polisin ona cinsi təcavüz etdiyini iddia edən Büstami bütün məmurların üzünə tüpürərək hava limanı işçilərinə çətinlik yaratmışdı.

Səlahiyyətlilər bildiriblər ki, Bustami dünən səhər saatlarında polisə zəng edərək anasını öldürdüyünü etiraf edib. Ancaq etirafından sonra telefonu söndürüb hadisə yerindən qaçan Bustaminin anasının cəsədi hadisə yerinə gələn polis qrupları tərəfindən tapılıb. 62 yaşlı qadının hadisə yerində öldüyü məlum olub. Polis ana ilə qızı arasında mübahisənin başladığını, lakin qadının ölüm səbəbinin ekspertizadan sonra məlum olacağını bildirib.

Anasının ölümünü polislərə bildirdikdən sonra hadisə yerindən qaçan Bustami həmin gün Kaliforniya şossesi patrul xidməti tərəfindən təqib edilib və Barstow yaxınlığında tutulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.