Dünya

"İlondan xoşum gəlir, amma..."

28 Oktyabr 2022 21:48
Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın keçmiş prezidenti Donald Tramp İlon Maskın "Twitter"i satın almasından sonra "Truth Social" sosial şəbəkəsində qalmaq niyyətində olduğunu bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, keçmiş prezident bu barədə cümə günü "Fox News" telekanalına müsahibəsində deyib.

"Mən "Truth Social"da qalıram. Mən buranı daha çox bəyənirəm, işini bəyənirəm. İlondan xoşum gəlir, amma "Truth"da qalıram", - deyə D.Tramp bildirib.

Eyni zamanda, telekanal qeyd edir ki, D.Tramp hesabının blokdan çıxarılacağı təqdirdə "Twitter"dən istifadə edib-etməyəcəyi barədə suala cavab verməyib.

Xatırladaq ki, "Twitter" Donald Trampın sosial şəbəkədəki hesabını ömürlük blokalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.