Dünya

Bu ərazidən 70 qadın meyiti tapıldı - Qatili isə bir nəfərdir - FOTO

28 Oktyabr 2022 19:16
Baxış: 1 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-də yerli sakin hüquq-mühafizə orqanlarının əməkdaşlarına 10 il əvvəl ölən və serial manyakı olan 70 yaşlı atası haqqında danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Ayova ştatında baş verib.

Sakinin dediyinə görə, 30 il ərzində atası 70-ə yaxın qadını öldürüb. O, qadınları yük maşınına cəlb etdikdən sonra orada qətlə yetirirmiş. Həmişə uşaqları ilə gəzdiyindən kişinin maşını heç zaman yoxlanılmayıb.

Qadının sözlərinə görə, o və qardaşı cəsədləri gizlətməkdə atalarına kömək etmək məcburiyyətində qalıblar (qardaşı intihar etdiyinə görə bunu təsdiqləmək mümkün olmayıb).

"O, bizə quyuya getdiyini deyirdi. Mən bunun nə demək olduğunu bilirdim", - deyə qadın olanları dəhşət içində xatırlayır.

İstintaqın ilkin versiyasına görə, həmin şəxs bir-birinə oxşayan və əsasən fahişəliklə məşğul olan qurbanları seçirmiş.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.