Dünya

İrandakı terrora görə məsuliyyəti BU TƏŞKİLAT üzərinə götürdü

27 Oktyabr 2022 09:21
Baxış: 2 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün İranda məbəddə baş verən terror aktına görə məsuliyyəti İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzərinə götürüb.

Milli.Az-ın "Figaro"ya istinadla məlumatına görə, müvafiq açıqlama İŞİD-in təbliğat saytlarında yerləşdirilib. Açıqlamada 20 nəfərin öldürüldüyü, bir o qədərinin də yaralandığı göstərilir.

Qeyd edək ki, ötən gün İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib. 3 silahlı şəxsin Şahçerağ ziyarətgahına hücumu zamanı 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.