Siyasət

BƏƏ Prezidenti Azərbaycana səfərindən görüntülər paylaşıb - VİDEO

18 Sentyabr 2025 11:19
Baxış: 483

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfərindən görüntülər paylaşıb.

Milli.Az xəbər verir ki, BƏƏ Prezidentinin sosial media hesabında yayımlanan videoda onun azad olunmuş ərazilərə səfərindən kadrlar yer alıb.

"Mən Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında inkişaf edən ikitərəfli münasibətləri nəzərdən keçirmək məqsədilə Qarabağda Zati-aliləri Prezident İlham Əliyev ilə görüşməkdən məmnun oldum. Biz bu yaxınlarda imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin verdiyi imkanlardan faydalanaraq, iqtisadi inkişafı sürətləndirmək, ortaq imkanlar yaratmaq, regional və qlobal sülh və sabitliyi dəstəkləməyə yönəlmiş əməkdaşlığın yeni istiqamətlərini araşdırdıq", - paylaşımda qeyd edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.