XİN bəyanat YAYDI
24 aprel Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü kimi qeyd olunur.
Milli.Az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.
Bildirilib ki, Azərbaycan çoxtərəfli diplomatiya və əməkdaşlığın ən böyük dəstəkçilərindən biri olaraq, Qlobal Cənubun fəal üzvü qismində bu istiqamətdə töhfələr verməyə hər zaman sadiqdir.
Son illərdə ölkəmizin çoxtərəfli diplomatiya və əməkdaşlıq müstəvisində əldə etdiyi çoxsaylı nailiyyətlər sırasında Qoşulmama Hərəkatı (NAM), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Tədbirləri üzrə Müşavirə (CICA), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC) kimi mühüm təsisatlara uğurlu sədrlikləri qeyd edilə bilər.
2026-cı il ərzində Ümumdünya Şəhərsalma Forumu (WUF13), İslam İnkişaf Bankının 10 illiyinə həsr olunmuş toplantı, Dünya Ətraf Mühit Günü (WED26), CICA dövlət və hökumət başçılarının zirvə görüşü kimi beynəlxalq əhəmiyyətli tədbirlərə ölkəmizin ev sahibliyi etməsi bir daha çoxtərəfli diplomatiya və əməkdaşlığa verilən önəmə və beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi Azərbaycanın artan nüfuzuna dəlalət edir.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi və ev sahibliyi çoxtərəfli diplomatiya tarixinə ən uğurlu tədbirlərdən biri kimi həkk olunub. Azərbaycan COP29-da əldə edilmiş tarixi əhəmiyyətli razılaşmaların icrası və irəlilədilməsi, eləcə də xarici siyasətimizdə aktiv sahələrdən birinə çevrilən dayanıqlı inkişaf və iqlim diplomatiyasına töhfələrini davam etdirməkdədir. 2026-cı ildə ölkəmizin ilk dəfə Regional İqlim Həftəsinə ev sahibliyi etməsi nəzərdə tutulur.
Eyni zamanda, Bakı şəhərinin çoxtərəfli diplomatiya, dialoq və əməkdaşlıq üçün önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır. Yalnız son bir neçə il ərzində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahı və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi kimi sturkturların Bakıda yerləşməsi haqqında qərarlar verilib. Buna əlavə olaraq, cari ilin aprelində İstanbulda keçirilmiş konfrans zamanı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin mənzil qərargahının da Bakıda təsis edilməsinə dair tarixi qərar qəbul edilib.
Azərbaycan həmçinin beynəlxalq təşkilatlarda ədalətli coğrafi təmsilçiliyin tərəfdarıdır. Bu istiqamətdə prinsipial mövqe sərgiləməklə yanaşı, Azərbaycan Respublikası və vətəndaşlarının beynəlxalq təşkilatların seçkili orqanlarında təmsilçiliyinə xüsusi önəm verilir. Yalnız 2025-ci ildə 14 mühüm beynəlxalq qurumlara namizədliyimiz üzrə uğurlu nəticə təmin edilib.
Azərbaycan çoxtərəfli diplomatiya və formatlarda aktiv iştirakı ilə həm beynəlxalq, həm də regional müstəvidə sülh, təhlükəsizlik və rifaha töhfə verməyə bundan sonra da davam edəcəkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Dənizdən yığıb yola asfalt çəkdilər
-
Gündə 10 min addım qaydası süqut etdi
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım





