Dünya

Kişi arvadını kəmərlə boğdu, öldürüb meyitini xalçaya bükdü

25 Oktyabr 2022 17:32
Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada, Vladimir vilayətində mübahisə zamanı arvadını boğaraq cəsədini gizlədən 58 yaşlı yerli sakin saxlanılıb. Kişi cəsədi xalçaya büküb və köhnə tövlənin zirzəmisinə endirib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İstintaqın məlumatına görə, oktyabrın 19-da spirtli içki qəbul edərkən ər-arvad arasında mübahisə yaranıb və bu zaman kişi arvadını kəmərlə boğub. Cinayətin izlərini gizlətmək üçün kişi meyiti xalçaya bükərək köhnə tövlənin zirzəmisində gizlədib.

Qadını axtarmağa başlayanda ər özü hər şeyi etiraf edib və meyiti hara qoyduğunu göstərib. İndi kişi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə cinayətdə ittiham olunub. O, günahını etiraf edib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.