Rusiyanın tanınmış eksperti, "Mülki müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko sosial şəbəkələrdə Ermənistan baş naziri ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, iştirakçılara "Nikol Paşinyan Rusiyaya xəyanət edəcəkmi" sualı qoyulub.
Sorğu həm Tvitter, həm də Teleqram sosial şəbəkəsində keçirilib. Tvitterdəki sorğuda 1236 nəfər iştirak edib. İştirakçıların 91%-i Nikol Paşinyanın xəyanət edəcəyini bildirib. 2% "yox" cavabını verib, 2% cavab verməkdə çətinlik çəkib.
Teleqram kanalında isə 2658 nəfər səsverməyə qatılıb. Onların 91%-i Nikol Paşinyanın Rusiyaya xəyanət edəcəyini bildirib, 1% etməyəcəyini, 2% cavab verməkdə çətinlik çəkib.
Hər iki sorğunun nəticələrinin demək olar ki, üst-üstə düşməsinə diqqət çəkən İqor Korotçenko bunun qətiyyən təsadüf olmadığını bildirib.
Milli.Az
 PUL
PUL 
                
                             
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                        .png) 
                        .png) 
                        .jpg) 
                         
                         
                         
                         
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        